Türkiyədə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Zonguldak Bülent Ecevit Universiteti (ZBEU) və Tükiyə Petrolları Anonim Ortaklığının (TPAO) birgə təşkilatçılığı ilə “Enerji Seminarı”, o cümlədən “Enerji Məsələləri, Karbohidrogen və Bərpa Olunan Enerji Mənbələri” adlı konfrans keçirilib. Hər iki tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Səfər çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova Zonquldak Bülent Ecevit Universitetinin (ZBEU) rektoru, professor İsmayıl Hakkı Özölçerlə görüşüb.
Rektor, professor Mustafa Babanlı və prorektor Lətafət Qardaşovanı universitetdə görməkdən məmnunluğunu ifadə edən Özölçer iki universitet arasında mümkün əməkdaşlıqdan bəhs edib. Görüşdə həmçinin, tərəflər arasında əməkdaşlıq oluna biləcək istiqamətlər haqqında geniş müzakirə aparılıb.
Universitetə səfərdən məmnunluğunu bildirən rektor, professor Mustafa Babanlı qardaş və dost ölkələr arasında ali təhsilin inkişafı istiqamətində əməkdaşlığa açıq olduğunu bildirib və səmimi qonaqpərvərliyə görə rektor, professor İ.H.Özölçerə təşəkkür edib.