İyunun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BA Proqramları məzunları ilə görüş keçirilib.
Həm onlayn, həm də oflayn formatda keçirilən görüşdə giriş nitqi ilə çıxış edən BA proqramlarının direktor müavini, dosent Nailə Həsənova ADNSU BA proqramları haqqında ətraflı məlumat verib.
Sonra rektorun Universitet-Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov çıxış edərək sənaye müəssisələri ilə əlaqələrin genişlənməsinin əhəmiyyətindən danışıb və onlarla bu istiqamətdə geniş məzmunlu əməkdaşlığın hər zaman önəmli olduğunu qeyd edib.
BA proqramlarının İctimaiyyətlə əlaqələr və məzunlar icmasının koordinatoru Fərid Kazımov görüşün məqsədi haqqında iştirakçılara məlumat verib və təşkilati heyət barədə təqdimatla çıxış edib.
Görüşdə Məzun İcmasının qurulması və yeni hədəflərin müəyyən edilməsi, həmçinin məzunlar arasında əlaqələrin qurulması məsələləri müzakirə edilib.