İyunun 23-24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AZS İSO 9001:2020 “Keyfiyyəti İdarəetmə Sistemi.Tələblər” mövzusunda təlim keçirilib.
Təlim İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında mövcud olan əməkdaşlıq çərçivəsində baş tutub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tələbə və müəllim heyəti üçün keçirilən təlimdə əsas məqsəd bu sahədə biliklərin artırılmasıdır.
Tədbir çərçivəsində AZSTAND-ın fəaliyyəti, milli standartlaşdırma sistemi, idarəetmə standartları, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat verilib.
Təlimçi ekspertlər standartlaşdırma haqqında təqdimatla çıxış edib, sonda mövzu üzrə suallar cavablandırılıb, müzakirələr aparılıb.