×

Xəbərlər

Xəbərlər 24 Jun 2023
ADNSU-da Qaz-neft-mədən fakültəsinin məzunları ilə görüş keçirilib

İyunun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz-neft-mədən fakültəsində (QNMF) ötən illərin məzunları ilə görüş keçirilib.

Görüşdə BP, Halliburton, Schlumberger, Weatherford, SOCAR və digər şirkətlərin əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyi (FHN) və digər təşkilatlarda çalışan məzunlar iştirak ediblər. 

Görüşü giriş sözü ilə açan dekan, professor Elman İskəndərov iştirakçıları salamlayaraq tədbirdə iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib və fakültədə son illər əldə olunmuş nailiyyətlərdən danışıb. O, həmçinin qarşıda duran əsas məsələlərdən söz açaraq universitet-məzun əlaqələrinin yeni səviyyəyə çatdırılmasında məzunları fəal olmağa səsləyib.  

Tədbirdə çıxış edən ADNSU-nun rektorunun Sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov universitet və sənaye müəssisələri arasındakı əlaqələrin möhkəmlənməsində məzunların rolunu qeyd edərək onlara tələbələrin təcrübə proqramlarına və işə cəlb olunmasına dəstək göstərməyi tövsiyə edib. 

Daha sonra məzunlar çıxış edərək tələbəlik illəri haqqında xatirələrini bölüşüb və universitetlə müəssisələr arasında əlaqələrin genişləndirilməsində əllərindən gələn dəstəyi göstərməyə hazır olduqlarını bildiriblər. 

 


Paylaş