×

Xəbərlər

Xəbərlər 05 Jul 2023
ADNSU-nun əməkdaşları Layihələrin idarə olunması ilə bağlı tədbirdə iştirak ediblər

İyulun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Layihələrin İdarə Edilməsi Assosiasiyası (AzPMA), BP-Azərbaycan (British Petroleum in Azerbaijan) şirkətinin  dəstəyi ilə Azərbaycanın 8 ali təhsil müəssisəsində Layihə Menecmenti tədris potensialının artırılması və layihələrin idarə olunması üzrə kompetensiyaların artırılması” layihəsi çərçivəsində tədbir keçirilib. 

Tədbir bp-nin yerli universitetlərin potensialının artırılmasına yönəlmiş layihəsinin müzakirəsinə həsr edilib. Tədbirdə 8 ali təhsil müəssisənin nümayandələri iştirak edib.

Qeyd edək ki, AzPMA ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlığı çərçivəsində təlimlər uğurla icra olunub. ADNSU-nun 8 tələbəsi LİE üzrə dünyanın 73 ölkəsində tanınan “İPMA Level D” beynəlxalq sertifikatına layiq görülmüşdür. Eləcə də 19 müəllim heyyətinə beynəlxalq standartlar əsasında LİE təlimi keçirilmişdir. Azərbaycan universitetləri arasında bir ilkə imza ataraq ADNSU-da Layihə Ofisi təsis edilmişdir.


Paylaş