×

Xəbərlər

Xəbərlər 05 Jul 2023
ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

İyulun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində olan məsələlərin müzakirəsinə keçməmişdən öncə ADNSU-nun rektoru, professor Mustafa Babanlı Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyevi yubiley yaşı münasibəti ilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzu edib.

Rektor, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verdikdən sonra universitetdə görülən işlər, yeniliklər və çatışmazlıqlardan danışıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq 2022-2023-cü tədris ilinin yekunları ilə bağlı rektor, professor Mustafa Babanlı illik hesabat məruzəsi ilə çıxış edib. Rektor çıxışında universitetdə görülən işlər, yeniliklər, çatışmazlıqlardan və hədəflərdən danışıb, elmi göstəricilər haqqında şura üzvlərinə məlumat verib.

Elmi katib, dosent Nərminə Əliyeva 2023-2024-cü tədris ilində ADNSU-nun və Elmi Şuranın iş planını haqqında məlumat verdikdən sonra 2023-2024-cü tədris ilindən etibarən bakalavriat səviyyəsində ingilis dilində təhsil alan tələbələrin imtahanlarının yazılı formada keçirilməsi barədə Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, “Mühəndis Texnologiya Mərkəzi”nin strukturunun, əsasnaməsinin və fəaliyyət planının hazırlanılması üçün yaradılmış komissiyanın işi haqqında İnzibati-təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov məlumat veriblər.

Rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib. 


Paylaş