İyulun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan elm və təhsilinin inkişafında Heydər Əliyev epoxası" adlı beynəlxalq elmi konfrans başa çatıb.
Konfransda hesabat nitqi ilə çıxış edən “Humanitar fənlər” kafedrasının müdiri, professor Camal Mustafayev konfransın hazırlıq prosesinə ötən ilin noyabr ayından başlandığını deyib. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində universitetdə bir çox konfranslar keçirildiyini deyən professor C.Mustafayev bu konfransın ilk humanitar yönümlü konfrans olduğunu qeyd edib.
Konfransda çıxış edən Qazi universitetinin professoru Selma Yel, ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfransın təşkilindən söz açıb məruzələri, konfransın elmi potensialını və xüsusilə gənclərin fəallığını yüksək dəyərləndiriblər.
Sonra bölmələr üzrə sədrlərin hesabatları dinlənilib.
Qeyd edək ki, iki gün davam edən konfransda 6 bölmə üzrə iclaslar keçirilib. Konfransa təqdim edilən 318 məqalədən 136-ı qəbul edilib.