×

Xəbərlər

Xəbərlər 05 Jul 2023
UFAZ-da məzun günü keçirilib

İyulun 5-də Azərbaycan-Fransız Universitetində Məzun Günü tədbiri baş tutub.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Məzunları salamlayan UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və Baş katib Elizaveta Bydanova onların UFAZ-da təhsil aldığı müddətə əldə etdiyi nailiyyətləri qeyd ediblər.

Daha sonra ADNSU-nun rektoru professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Ann Boillon, Strasburq Universitetinin vitse-prezidenti Jean-Marc Planeix tələbələrə təhsillərini davam etməkdə və karyerada uğurlar arzulayıblar.

UFAZ-ın bakalavr məzunu Vəfa Babanlı və magistratura məzunu Kamal Bayramov universitet xatirələrini və təəssüratlarını paylaşıblar.

Müvafiq ixtisaslar üzrə 5 ən yüksək nəticə göstərmiş tələbələrə sertifikatlar təqdim olunub. Tədbir UFAZ-ın Musiqi klubunun hazırladığı konsert proqramı və kokteyl ilə başa çatıb.

Bütün məzunlarımızı təbrik edir və onlara uğurlar arzulayırıq.


Paylaş