İyulun 14-də Azərbycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsilini uğurla başa vuran bir qrup tələbə mükafatlandırılıb. Təhsildə qazandığı uğurlara və universitetin sosial-ictimai həyatında fəal iştirak edən tələbələrin mükafatlandırılması mərasimində ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, ADNSU THİK sədri Namiq Gəncəyev və tələbələr iştirak ediblər.
Tələbələri təbrik edən prorektor Ata Babayev gələcək fəaliyyətlərində də gənclərə uğurlar arzu edib və onların özlərindən sonrakı digər tələbələrə nümunə olduğunu deyib.
ADNSU THİK-in sədri Namiq Gəncəyev 2022-2023-cü tədris ili ərzində keçirilən tədbirlərdən, əldə olunmuş uğurlardan danışıb. O, eyni zamanda ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibində 12 idman növünü birləşdirən İdman klubu, “Gənclik” mahnı və rəqs ansamblı, “Maqnat” intellektual klubu, “Şən və hazırcavablar klubu”nun fəaliyyəti haqqında hesabatla çıxış edib, gənclərə yeni-yeni uğurlar arzu edib.