×

Xəbərlər

Xəbərlər 18 Jul 2023
ADNSU-da Əlcəzair Neft İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib

İyulun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Əlcəzair Neft İnstitutunun direktoru Abdelkader Guenounun (Guenoune)rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ADNSU-da keçirilən görüşün əsas məqsədi iki təhsil müəssisəsi arasında əməkdaşlıq və mübadilə imkanlarınınmüzakirə edilməsi, müştərək perspektiv təhsil layihələrinin reallaşması ilə bağlı fikir mübadiləsininaparılması olub. 

Görüşdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq ADNSU-nun əməkdaşlığa açıq olduğunu deyib və hər iki təhsil müəssisəsi arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb. Azərbaycan-Fransa Universiteti  (UFAZ), burada mövcud olan təhsil prosesi haqqında da qonaqlara məlumat verən dosent Vazeh Əskərov ADNSU-nun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əlaqələrindən, tələbələrin uğurlu təcrübə keçməsi, ali təhsillərini başa vurana qədər artıq ixtisaslı mütəxəssis kimi formalaşdığını deyib. 

ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov isə universitetin tarixi, tədris və təhsil prosesi, fakültələr, universitetin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institut və kollecləri, həmiçinin universitetin mövcud beynəlxalq əməkdaşlıq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verib.

Əlcəzair Neft İnstitutunun baş direktoru Abdelkader Guenoun rəhbərlik etdiyi təhsil müəssisəsi, ixtisaslaşmış proqramlar və professor-müəllim heyətinin təcrübəsindən danışıb. O, həmçinin institutun təhsil və istehsal tərəfdaşlığı ilə bağlı təfərrüatları bölüşərək neft sənayesində ixtisaslı mütəxəssislərin formalaşdırılması üçün təcrübənin və istehsalat müəssisələrinə səyahətin vacibliyini bildirib. Qonaq qeyd olunan məsələlərlə bağlı  ADNSU ilə əməkaşlıqda  maraqlı olduqlarını bildirib.

Görüşdə tərəflər arasında tələbə-müəllim mübadiləsi, müştərək perspektiv layihələrin icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb, əməkdaşlıqla bağlı razılıq əldə olunub. Sonra qonaqlar Mineralogiya muzeyində, Tarix muzeyində, bir neçə laboratoriya və auditoriyalara baş çəkərək universitetlə daha yaxından tanış olublar.  
 

Qeyd edək ki, 2022-ci il noyabrın 29-da Əlcəzair şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 1 fevral 2023-cü il tarixli Fərmanı ilə Memorandumu təsdiq edib.


Paylaş