×

Xəbərlər

Xəbərlər 19 Jul 2023
UFAZ-da Açıq Qapı Günü keçirilib

İyulun 19-da Azərbaycan-Fransız Universitetində (UFAZ) 2023/2024-cü tədris ili üzrə bakalavar proqramlarına qəbul ilə bağlı abituriyentlər və valideynlər üçün növbəti “Açıq qapı” tədbiri keçirilib. 

Əvvəlcə tədbir iştirakçılarına UFAZ-a qəbul prosesi və tədris proqramları haqqında ətraflı məlumat verilib. 

UFAZ-ın Kimya Mühəndisliyi üzrə məzunu, hazırda Massaçusets Texnologiya İnstitutunun tam təqaüdlü magistr tələbəsi Ləman Cəlilova öz UFAZ təcrübəsini, tələbə həyatı ilə bağlı təəssüratlarını və UFAZ-ın verdiyi fürsət və imkanlar barədə iştirakçılara məlumat verib. 

ADNSU-nun rektor əvəzi dos. Vazeh Əskərov qonaqları salamlayaraq UFAZ-ın ölkə başçısının təşəbbüsü ilə yaradılması və inkişafı barədə onlara məlumat verib. 

Sonda Vazeh Əskərov və UFAZ-ın tədris departamentinin rəhbəri Səmra Şiriyeva universitetə qəbul olmaq istəyən abituriyentlər və onların valideynlərinin suallarını cavablandırıblar. 

UFAZ-a bakalavr pilləsi üzrə qəbul imtahanına qeydiyyat avqustun 1-dək davam edəcək. 2023/2024-cü tədris ili üzrə bakalavr proqramı üçün ümumilikdə 160 yer ayrılıb və bütün yerlər dövlət sifarişlidir (Kompüter elmləri - 60 yer, Kimya mühəndisliyi - 35 yer, Neft və qaz mühəndisliyi - 35 yer, Geofizika mühəndisliyi - 30 yer).


Paylaş