×

Xəbərlər

Xəbərlər 21 Jul 2023
ADNSU-da Bakıdakı Rus evinin rəhbəri ilə görüş keçirilib

İyulun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurovla görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrindən bəhs olunub.

Qonaqları salamlayan dosent Vazeh Əskərov ali təhsil müəssisəsi olaraq əməkdaşlıq üçün ortaq layihələrin icrasında maraqlı olduğunu bildirib. 

Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov ADNSU ilə əməkdaşlığın onlar üçün əhəmiyyətindən danışıb və bildirib ki, 150-ə yaxın ADNSU tələbəsinin Rusiya Federasiyasında rəhbərlik etdiyi təşkilatın dəstəyi ilə təhsil almalarına, eyni zamanda universitetin müəllimlərinin onlayn formatda keçiriləcək qabaqcıl təhsil proqramları vasitəsi ilə ixtisasları üzrə daha da təkmilləşməsinə töhfə verə bilərlər.

Görüşdə yekun olaraq müzakirə olunan məsələlərin reallaşması istiqamətində konkret addımlar atılacağı qeyd olunub. 


Paylaş