UFAZ böyük məmuniyyətlə Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG) və ADNSU ilə birgə SEG ADNSU-nun Geofizika üzrə Beynəlxalq Sahə Düşərgəsinin başladığını elan edir. İştirakçılar ADNSU, UFAZ, Xəzər Universiteti, İstanbul Texniki Universiteti və Səudiyyə Ərəbistanının Kral Fəhd Neft və Minerallar Universitetindən qatılan 25 tələbədən ibarətdir.
İyulun 24-də UFAZ, BP və EI Group-un sponsorluğu ilə UFAZ-da beynəlxalq düşərgənin açılış mərasimi baş tutub. Sahə düşərgəsi daha sonra 5 gün ərzində Astarada davam edəcək. Sahə təcrübəsində bəzi geofiziki üsullar (Georadar, Seysmik və Elektrik Müqaviməti), həmçinin geokimya alətləri (suyun pH və keçiricilik zondları) tətbiq olunacaq. Tələbələr bu alətlərdən sahədə necə istifadə etməyi, həmçinin məlumatları emal və şərh etməyi öyrənəcəklər. Sahə təcrübəsində 4 UFAZ müəllimi və 1 ADNSU müəllim təlim aparacaq.
Düşərgənin məqsədi Astara rayonunda qrunt sularının təsvirini çəkmək, sulu təbəqənin tutumunu və keyfiyyətini müəyyən etmək üçün suyun səviyyəsini və yeraltının heterogenliyini müəyyən etmək olacaq.
Nəticələr həftənin sonunda UFAZ-da Azərbaycanda su təsərrüfatı mütəxəssisləri və geofiziklər qarşısında təqdim olunacaq.