×

Xəbərlər

Xəbərlər 24 Jul 2023
ADNSU rektor əvəzi Strasburqda Yay məktəbində iştirak edən UFAZ tələbələri ilə görüşüb

İyulun 24-də Azərbaycan Dövlət Neft və SənayeUniversitetinin (ADNSU) rektor əvəzi, dosent VazehƏskərov Fransanın Strasburq Universitetində təşkilolunan Yay məktəbində (2-16 iyul) iştirak etmişAzərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələriilə görüşüb. 

Tələbələrə salamlayan rektor Yay məktəbinin uğurlabaşa çatması münasibətilə onları təbrik edib, yay məktəbinin təşkili və gedişatı ilə bağlı çıxış edib. Dahasonra tələbələr və müəllimlər səfərlə bağlı öztəəssüratlarını bölüşüblər. 

Ümumilikdə 40 nəfər UFAZ tələbəsi iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetində təşkil olunanYay məktəbində iştirak edib. Yay məktəbininproqramına gündəlik fransız dili kursları və danışıqklubları, eyni zamanda Strasburq Universitetinin yerelmləri, geofizika, kimya üzrə müxtəlif elmi-tədrislaboratoriyalarında dərslər daxil olub. Proqramınmədəni hissəsində tələbələr yerli muzeylər, AvropaŞurasına və Strasburqun mədəni-tarixi obyektlərinə başçəkiblər. Yay məktəbində iştirak edən tələbələr təhsilmüddətində akademik göstəricilərinə görə seçilirlər. 


Paylaş