×

Xəbərlər

Xəbərlər 24 Jul 2023
ADNSU-da “British Council” təşkilatının Azərbaycandakı ofisinin direktoru ilə görüş olub

İyulun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Nərgiz Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Birgə əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə qonaqları salamlayan dosent Vazeh Əskərov mövcud müştərək layihələri saxlamaqla yanaşı, təşkilatla əlaqələrin daha da inkişafından danışıb.

“British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Nərgiz Hacıyeva ADNSU ilə birgə layihələrin icrasına hazır olduqlarını və universitetin müəllim-tələbə kontingentinin ingilis dili ixtisası üzrə daha da təkmilləşməsində əsaslı dəstək verə biləcəklərini bildirib.

Görüşdə “British Council” təşkilatı ilə ADNSU arasında digər mövcud perspektiv layihələr müzakirə olunub və konkret hədəflər müəyyən olunub. 


Paylaş