×

Xəbərlər

Xəbərlər 31 Jul 2023
ADNSU və UFAZ tələbələrinin iştirakı ilə Beynəlxalq Sahə Düşərgəsinin bağlanış mərasimi keçirilib

İyulun 31-də UFAZ-da Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG), ADNSU və UFAZ ilə birgə təşkil edilmiş SEG ADNSU-nun Geofizika üzrə Beynəlxalq Sahə Düşərgəsinin bağlanış mərasimi keçirilib. Düşərgə UFAZ, “BP” və “Ei Group” şirkətləri, Kəşfiyyatçı Neftçi Mühəndislər Cəmiyyəti (SPA Azərbaycan), SEG Fondunun sponsorluğu ilə təşkil olunub. 

Bağlanış mərasimində iştirakçılar su təsərrüfatı mütəxəssisləri və geofiziklər qarşısında təqdimatla çıxış edib.

Tədbirdə həmçinin bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Ei group”-un Baş icracı direktoru Əli Nağıyev tədbir iştirakçılarını salamlayaraq bu tip tədbirlərin vacibliyini, həmçinin enerjinin günümüzdəki rolunu qeyd edib. 

Sonda ən yaxşı təqdimatın qalibləri açıqlanıb. Ləman Hüseynova, Gülnar Məmmədova (UFAZ), Əli Məmmədov, Fariz Kərimov, İnayət Məmmədov (ADNSU), Deniz Ortadan (İstanbul Texniki Universiteti) ibarət komanda qalib seçilib. Qaliblər və iştirakçılar hədiyyə və sertifikatlarla təltif olunublar.

İştirakçılar ADNSU, UFAZ, Xəzər Universiteti, İstanbul Texniki Universiteti və Səudiyyə Ərəbistanının Kral Fəhd Neft və Minerallar Universitetindən qatılan 25 tələbədən ibarətdir.

Qeyd edək ki 24 iyul-da başlayan sahə düşərgəsi daha sonra 5 gün ərzində Astarada davam edib. Sahə təcrübəsində bəzi geofiziki üsullar (Georadar, Seysmik və Elektrik Müqaviməti), həmçinin geokimya alətləri (suyun pH və keçiricilik zondları) tətbiq olunub. Tələbələr bu alətlərdən sahədə necə istifadə etməyi, həmçinin məlumatları emal və şərh etməyi öyrənib. Sahə təcrübəsində 4 UFAZ müəllimi və 1 ADNSU müəllim təlim aparıb.

Düşərgənin məqsədi Astara rayonunda qrunt sularının təsvirini çəkmək, sulu təbəqənin tutumunu və keyfiyyətini müəyyən etmək üçün suyun səviyyəsini və yeraltının heterogenliyini müəyyən etmək olub.


Paylaş