İyulun 31-də Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Enerji keçidində: Postneft İqtisadiyyatı, Alternativ Enerji, Ətraf Mühitin Mühafizəsi” mövzusunda Yay məktəbinin açılış mərasimi keçrilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Yay məktəbinin açılışında ADSNU-nun rektor əvəzi, dosent Vazeh Əskərov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. İştirakçılara uğurlar arzu edən dosent Vazeh Əskərov belə bir Beynəlxalq layihənin tələbələrimiz, universitetimiz və ölkəmiz üçün əhəmiyyətli olacağına ümdivar olduğunu bildirib.
Yay məktəbinə Azərbaycandan 5 və Almaniyadan 10 tələbə qatılıb. Qeyd edək ki, açılış günü ilk mühazirə ADNSU-da start verilib. Ümumilikdə isə avqustun 12-ə qədər davam edəcək Yay məktəbi ərzində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də təşkil olunacaq. Onlar Bibiheybətdə - dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkanda, bp-nin və ARDNF-nin baş ofislərində, İçərişəhərdə, Heydər Əliyev Mərkəzində, Şəki şəhərində, eləcədə Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şərhərində ekskursiyada olacaqlar.