“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub. Belə ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.
Onlardan 8 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunudur. Belə ki, məzunlarımız Dövlət Proqramı ilə magistr təhsil pilləsi üzrə Amerika Birləşmiş Ştatlarının "Duke University", "New York University", Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "Lancaster University", Niderland Krallığının "Delft University of Technology", İtaliya Respublikasının "Sapienza University of Rome" və digər reytinqli universitetlərinin tələbəsi adını qazanıblar.