×

Xəbərlər

Xəbərlər 15 Aug 2023
2023/2024-cü tədris ilində ADNSU-da magistratura pilləsində rekord sayda - 3 minədək tələbə təhsil alacaq

2023-2024-cü tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistratura təhsil pilləsinə 1474 nəfər qəbul olub. O cümlədən Azərbaycan-Fransız Univesitetinə (UFAZ) - 61 nəfər, ADNSU ilə ikili diplom proqramı layihəsinə start verən Vorvik Universitetinə - 31 nəfər, MBA proqramlarına – 31 nəfər qəbul olub. 

Ümumilikdə qəbul olan magistrların 82 faizi dövlət sifarişi əsasında təhsil alacaqlar. Yaxın günlərdə boş qalan yerlərə əlavə qəbulun nəticələri elan olunduqdan sonra ADNSU-nun magistratura pilləsinə qəbul olan tələbələrin sayının artacağı gözlənilir. Qeyd edək ki, hazıda ADNSU-da magistraturanın II kursunda təhsil alan tələbələrin sayı 1398 nəfərdir.


Paylaş