×

Xəbərlər

Xəbərlər 17 Aug 2023
ADNSU-da Yay semestr imtahanları uğurla davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2022-2023-cü tədris ilinin Yay semestr imtahanları keçirilib. İmtahanlarda əvvəlki semestrlərdə kəsiri olan və qiymətini daha da yüksəltmək istəyən tələbələr işktirak ediblər. 

Yazılı, yazılı-şifahi şəkildə keçirilən Yay imtahanlarda ümumilikdə universitet üzrə 1000 (min) nəfərdən yuxarı tələbə iştirak edir. İmtahan üçün universitetdə hər bir şərait yaradılıb, eyni zamanda şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi vasitəsi ilə imtahan zamanı baş verə biləcək köçürmə və digər neqativ halların qarşısının alınmasına ciddi nəzarət olunur. 

 ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov imtahan keçirilən auditoriyaları gəzib, imtahan prosesini izləyib və imtahanların şəffaf keçirilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Avqustun 14-də başlayan Yay imtahan sessiyası 18 avqusta başa çatacaq.


Paylaş