×

Xəbərlər

Xəbərlər 22 Aug 2023
ADNSU tələbləri 1-ci Beynəlxalq Müsabiqəli Proqramlaşdırma Düşərgəsində iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri 11-20 avqust tarixlərində 1-ci Beynəlxalq Müsabiqəli Proqramlaşdırma Düşərgəsində iştirak ediblər. ADA Universiteti ilə TechArenanın (Huawei Brand) təşkilatçılığı ilə keçirilən düşərgədə dörd ölkədən (Belarus, Gürcüstan, Qazaxıstan, Azərbaycan) 15 komanda iştirak edib.  

Azərbaycandan 10 komanda olmaqla 30 tələbənin iştirak etdiyi komandalar arasında ADNSU-nun SABAH qruplarının tələbələri -  Məmmədova Nərmin, Cəbizadə Cahid, İsgəndərli Tuncay və onların məşqçisi İsmayılov Elviz iştirak ediblər. ADNSU tələbələri sentyabr ayının sonunda Belarusiyanın Minsk şəhərində keçiriləcək düşərgəyə dəvət alıblar. Düşərgə zamanı 5 gün ərzində fərqli çətinlikdə məsələlər üzərində yarışlar  keçiriləcək.  

Bağlanış mərasimində bütün iştirakçılara hədiyyələr təqdim edilib və tədbirin müntəzəm olaraq keçirilməsi təklif olunub.

Qeyd edək ki, bu il Azərbaycanda keçirilən ilk Beynəlxalq Proqramlaşdırma Düşərgəsi 2023-cü ilin noyabrında Misirdə keçiriləcək Beynəlxalq Tələbə Proqramlaşdırma Olimpiadasının finallarında  iştirak üçün komandaların hazırlıq mərhələlərindən biridir. 


Paylaş