Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-qaz mühəndisliyi ixtisası üzrə SABAH qruplarının 3-cü kurs tələbələri - Cavid Əliyev və Çingiz Əskərli avqustun 26-dan sentyabrın 1-dək ABŞ-da Kəşfiyyat Geofizikləri Cəmiyyəti(SEG) və Amerika Neft Geoloqları Assosiasiyasının(AAPG) ev sahibliyi etdiyi 2023 SEG/Chevron Tələbə Liderliyi Simpoziumu və Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Konfransında (IMAGE) da iştirak edəcəklər.
ADNSU/UFAZ adından seçilmiş 2 tələbə 24 ölkə arasından Azərbaycanı təmsil edəcək. Konfransda tələbəmiz Cavid Əliyev “Talış dağları ərazisində qrunt sularının geofiziki təsvirinin öyrənilməsi”nə həsr olunmuş Qafqaz regionunda keçirilən ilk beynəlxalq geofiziki çöl düşərgəsi olan (SEG ASOIU Field Camp 2023) və SEG "Məktəblərdə Zəlzələ Maarifləndirilməsi və Təhsil Proqramı" nın layihə rəhbəri və yaradıcısı kimi çıxış edəcək. O, həmçinin il ərzində ADNSU/UFAZ-ın tələbə bölməsi tərəfindən həyata keçirilən bu və digər layihələr haqqında təqdimatla çıxış edəcək. Tələbələrimiz həmçinin Hyustonda keçiriləcək tələbələrin geoelm sahəsində biliklərinin genişliyini və dərinliyini yoxlayan müsabiqənin dünya final mərhələsinə də iştirak edəcək.
Qeyd edək ki, ADNSU/UFAZ tələbə bölməsi 66 ölkədə 340 SEG Tələbə bölməsi arasında dünyanın ən yaxşı tələbə bölməsi seçilmək üçün potensial namizəddir.