Avqustun 30-da UFAZ-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Bərpaolunan Enerji Agentliyinin birgə təşkilatçılığı ilə "Siemens Energy" şirkətinin Yeni enerji bölməsinin rəhbəri professor Yaşar Musayevin təqdimatında "Yaşıl hidrogen: gələcəyin əsas enerji mənbəyi kimi" mövzusunda seminar baş tutub.
Yaşar Musayev əvvəlcə Siemens Energy şirkəti barədə təqdimat edərək qurumun yaşıl enerji sahəsində fəaliyyəti, gördüyü işlər və Almaniyadakı laboratoriya imkanları barədə məlumat verib. Sonra o, Azərbaycanda son illər yaşıl enerji istiqamətində atılan addımlar barədə çıxış edib.
Tədbirin sonunda isə iştirakçıların sualları cavablandırılıb.