Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-qaz mühəndisliyi ixtisası üzrə 3-cü kurs SABAH qruplarının tələbələri - Cavid Əliyev və Çingiz Əsgərli avqustun 26-dan sentyabrın 1-dək ABŞ-ın Texas ştatının Hyuston şəhərində Kəşfiyyat Geofizikləri Cəmiyyəti və Amerika Neft Geoloqları Assosiasiyasının (American Association of Petroleum Geologists -AAPG) ev sahibliyi etdiyi 2023 SEG/Chevron Tələbə Liderliyi Simpoziumu və Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Konfransında (IMAGE) iştirak edirlər.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və UFAZ adından seçilmiş iki tələbə 24 ölkə arasında Azərbaycanı təmsil edir. Avqustun 29-da konfransda ilin yekunlarına dair mükafatlandırma mərasimi olub. Tələbələrimizin Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG ASOIU Student Chapter) mərasimdə 2022-2023-cü illər üzrə ABŞ Kəşfiyyatçı Geofizikləri Cəmiyyəti (SEG) tərəfindən ilin ən yaxşı tələbə bölməsi mükafatına layiq görülüb. ADNSU/UFAZ tələbə bölməsi 66 ölkənin 340 SEG Tələbə bölməsi arasında seçilərək bu nüfuzlu mükafatı əldə ediblər.
Xatırladaq ki, ADNSU tələbələri konfransda geniş məruzə ilə çıxış ediblər.