×

Xəbərlər

Xəbərlər 31 Aug 2023
ADNSU-nun bakalavr pilləsinə rekord sayda – ilkin mərhələdə 3405 tələbə qəbul olunub

Avqustun 30-da Dövlət İmtahan Mərkəzi (DİM) 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə yerləşdirməsinin nəticələrini elan edib. Nəticələrə əsasən, bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul planı ilk mərhələdə 94,45% yerinə yetirilib.

2023/2024-cü tədris ilində I ixtisas qrupu üzrə ADNSU  üçün ayrılmış 3605 yerdən 3405 yerə tələbə qəbul olunub.

Qeyd edək ki, ADNSU-da 3 dildə (Azərbaycan, ingilis və rus) 30 ixtisas üzrə bakalavr səviyyəsində tədris aparılır. Bunlardan 18 ixtisas Beynəlxalq akkreditasiyadan keçib.

Xatırladaq ki, ötən tədris ilində ADNSU-nun bakalavr təhsil pilləsinə 3372 tələbə qəbul olunmuşdu. 


Paylaş