×

Xəbərlər

Xəbərlər 05 Sep 2023
ADNSU-nun tələbələri VI Robot Olimpiadasında ikinci və üçüncü yerlərə layiq görülüb

Sentyabrın 1-dən 3-dək Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirilib. Azərbaycand Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrindən ibarət olan komandalar mükafatçılar siyahısında yer alib.

Builki Olimpiadada 160 komanda iştirak edib. Olimpiadada “Robomission”, “Robosports”, “Future innovators” və “Future engineers” olmaqla dörd kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışıb.

Future İnnovators müsabiqəsinin Senior kateqoriyasında ALLIANCE komandası 2-ci yerə layiq görülüb. Komanda “Eazi Startap” startap və innovasiya mərkəzinin rezidentləri olublar. Komandanın hazırladıqları "Beach Cleaner" adlı robot dəniz sahillərində qumun üzərində olan tullantıları təmizləmək funksiyasını yerinə yetirib. Xatırladaq ki, layihə rəhbəri Sadiq Əliyev ADNSU-nun İnformasiya Texnologiyaları ixtisasının 3-cü kurs tələbəsi, komanda üzvləri Jalə Sevdimli ADNSU-nun Kompüter Elmləri ixtisasının 3-cü kurs tələbəsi, Seyidşah Muradov ADA universitetinin İnformasiya Texnologiyaları ixtisasının 3-cü kurs tələbəsi və İbrahim İbrahimli Humanitar Fənlər Təmayüllü məktəb liseyin şagirdidir.

Platon Tech komandası Dünya Robot Olimpiadasının Respublika mərhələsində Future İnnavators kateqoriyasında 3-cü yerə layiq görülüblər. Komanda tərkibində olan kapitan Rüfət Şixiyev - Azəbaycan Texniki Universiteti və digər üzvlər Fərid Şixiyev - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qabil Hüseynli - Azərbaycan Texniki Universitetinin 3 -cü kurs tələbəsidirlər.

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar 7-9 noyabr 2023-cü il tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.


Paylaş