×

Xəbərlər

Xəbərlər 04 Sep 2023
ADNSU rektoru Total Azərbaycan şirkətinin sabiq icraçı direktoru ilə görüşüb

Sentyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi dos. Vazeh Əskərov Azərbaycanda səfərdə olan Total Azərbaycan şirkətinin sabiq icraçı direktoru Denis Lemarchand və onun xanımı Jeanine Lemarchand ilə görüşüb.  

Vazeh Əskərov qonaqlara ADNSU barədə ətraflı məlumat verib. Denis Lemarchand öz növbəsində Vazeh Əskərovu yeni təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Görüşdə ADNSU, UFAZ və Total Energies arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.  

Qeyd edək ki, Denis Lemarchand Azərbaycana SOCAR prezidentinin xüsusi dəvəti ilə gəlib. Ölkəmizdə çalışdığı zaman o, Abşeron yatağının işlənməsi istiqamətində məhsuldar əməyi ilə tanınıb. O, həmçinin Azərbaycan-Fransız Universiteti ilə Total şirkəti arasında əməkdaşlığın inkişafında fəal iştirakçı olub.  

Onun həyat yoldaşı Jeanine Lemarchand isə Azərbaycan Dövlət Neft Şirkətinin sabiq birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin “Ömrümün illəri və izləri” kitabının fransız dilində nəşrinin redaktoru olub.  


Paylaş