×

Xəbərlər

Xəbərlər 06 Sep 2023
“SOCAR Midstream Operations” MMC Azİİ e- Kitab Evinin fonduna kitablar hədiyyə edib

Azİİ e-Kitab Evinin fonduna “SOCAR Midstream Operations” MMC tərəfindən 8 adda 290 nüsxə kitablar hədiyyə olunub. Bu akademik kitabların Azərbaycan dilinə tərcüməsi və nəşri “SOCAR Midstream Operations” MMC və onun Cənubi Qafqaz boru Kəməri layihəsindəki tərəfdaşlarının dəstəyi ilə keçirilib. Kitablar bu sahədə ixtisaslaşan təhsil müəssisələrinə və insanlara “Socar” və onun tərəfdaşlarının hədiyyəsidir.

Kitablarlarla maraqlanmaq istəyənlər Azİİ e-Kitab Evinə müraciət edə bilərlər. 

Kitabların siyahısını təqdim edirik:

11.Tətbiqi ekonometrika
2.İqtisadi inkişaf
3.Ali makroiqtisadiyyat
4.Beynəlxalq siyasi iqtisad
5.Riyazi analizlə orta səviyyəli mikroiqtisadiyyat: Müasir yanaşma
6.Üzvi kimya
7.Kimya mühəndisliyi dizaynı
8.Keyfiyyətə statistik nəzarət.Giriş

 

 

 


Paylaş