×

Xəbərlər

Xəbərlər 07 Sep 2023
ADNSU-da 2023/2024-cü tədris ilində təkrar ali təhsil üzrə qəbul olunmuş tələbələrlə rektorun görüşü keçirilib

Sentyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsini müvəqqəti icra edən dosent Vazeh Əskərov 2023/2024-cü tədris ilində təkrar ali təhsil üzrə qəbul olunmuş tələbələrlə görüşüb.

Görüşdə əvvəlcə universitetdə tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, həmçinin universitetin maddi-texniki bazası haqqında qısa video çarx nümayiş olunub. 

Dosent Vazeh Əskərov 2023/2024-cü tədris ilində ADNSU-da təkrar ali təhsilə qəbul olunmuş tələbələri universitetdə salamlayaraq, ADNSU-da tədris prosesi, həyata keçirilən layihələr, əməkdaşlıq əlaqələri haqqında məlumat verib və tələbələri sənaye müəssisələri ilə birgə əməkdaşlıqda, həmçinin müxtəlif sosial-layihələrdə aktiv olmağa çağırıb. 

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov ikinci ali təhsilə qəbul olunmuş tələbələri təbrik edib və universitetdə tədris prosesi haqqında tədbir iştirakçılarına məlumat verib. 

Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun direktoru dosent Hamlet  Hüseynov ənənəvi olaraq keçirilən tanışlıq görüşündə tələbələri təbrik edərək, təkrar ali təhsildə tədris planı haqqında təqdimatla çıxış edib.

Qeyd edək ki, cari tədris ilində ADNSU-da təkrar ali təhsil almaq üçün müraciət etmiş 576 iddiaçıdan 550 nəfər universitetə qəbul olub.   

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Paylaş