×

Xəbərlər

Xəbərlər 12 Sep 2023
Yay təcrübə proqramını uğurla başa vuran ADNSU tələbələri təltif olunublar

Sentyabrın 11-i “Turan Drilling &Engineering” şirkətində yay təcrübəsi və təqaüd proqramını uğurla başa vuran Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 10 nəfər III və IV kurs tələbələri mükafatlandırılıb. Tədbirdə “Turan Drilling&Engineering” şirkətinin baş direktoru Edward Wheler, baş direktorun müavini Tomislav Klenkar və digər əməkdaşlar, həmçinin ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin nəzdində Təcrübə bölməsinin rəhbəri Səbinə Əliyeva iştirak ediblər. Təcrübə keçən tələbələr müxtəlif mövzularla çıxış edərək iki aylıq hesabatlarını təqdim ediblər.

Turan Drilling&Engineering” şirkətinin baş direktoru  Edward Wheler bacarıqlı və savadlı tələbələr yetişdirdiyi üçün ADNSU-nun rəhbərliyinə xüsusi təşəkkürünü bildirərək əməkdaşlıqdan məmnun olduğunu qeyd edib. Sonda isə o, fərqlənən tələbələri təbrik edib. Uğurlu təcrübə keçən tələbələr təltifnamə və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Turan Drilling&Engineering” iki aylıq Yay təcrübə və təqaüd proqramı elan edib. 11 tələbə üçün nəzərdə tutulan proqramda ADNSU-nun SABAH qruplarından 7 nəfər, “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsindən 2 və “Qaz-neft mədən” fakültəsindən isə 1 nəfər olmaqla, ümumilikdə 10 nəfər iştirak edib. 

Təcrübə zamanı tələbələr nəzəri biliklərini sınaqdan keçirməklə ixtisaslarının incəliklərini daha yaxından öyrənmək imkanı qazanıblar.

Tələbələrimizin hər birini təbrik edir, onlara gələcək karyeralarında uğurlar arzulayırıq.


Paylaş