×

Xəbərlər

Xəbərlər 12 Sep 2023
ADNSU-da birinci kurs tələbələri ilə görüşlər davam edir

Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya (KTF) və Neft-mexanika (NMF) fakültələrinin bakalavr pilləsinə qəbul olmuş birinci kurs tələbələri və onların valideynləri ilə görüş keçirilib.

Görüşdə əvvəlcə tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, həmçinin universitetin maddi-texniki bazası haqqında qısa video-çarx nümayiş olunub. 

Rektor əvəzi dosent Vazeh Əskərov gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edərək universitetdə onların yüksək ixtisaslı kadr kimi formalaşması üçün yaradılan tədris mühitindən danışıb, dərs müddətində tələbələrin nəzəriyyə ilə yanaşı, təcrübə, dil və İt biliklərinin təkmilləşridilməsi üçün yaradılan şəraitdən maksimum faydalanmağı tövsiyə edib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tələbələri universitetin daxili nizam-intizam qaydaları ilə tanış edib. Fakültə dekanları –Kimya texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək ADNSU-da tədris prosesi, universiteti tarixi, inkişaf mərhələləri, tələbələr üçün yaradılan yüksək tədris şəraiti, imtahanlar, dərnəklər və digər bu kimi məsələlər haqqında ətraflı məlumat veriblər.


Paylaş