×

Xəbərlər

Xəbərlər 12 Sep 2023
ADNSU-nun rektor əvəzi şəhid məzunun ailə üzvləri ilə görüşüb

Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  rektor əvəzi, dosent Vazeh Əskərov universitetin şəhid məzunu İbrahim Cəfərovun ailə üzvləri ilə görüşüb. 

Şəhidin ailə üzvlərini universitetdə salamlayan rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun 23 nəfər şəhid məzunların ailə üzvlərinə, dövlətin qayğısı ilə yanaşı, universitet kollektivi tərəfindən hər zaman diqqət göstərildiyini qeyd edib. O, universitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər - şəhidlərin xatirəsinə abidə kompleksinin yaradılması, şəhid məzunların adına auditoriyaların açılması haqqında məlum verib. Qeyd edib ki, şəhidlərimizin ruhuna ehtiram, ailə üzvlərinə və yaxınlarına diqqət hər birimizin borcudur.  

Şəhid İbrahim Cəfərovun ailə üzvləri universitet rəhbərliyinə göstərilən dərin ehtiram və qayğı üçün təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov şəhidin bacısı Natəvan Hümmətovanın ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində müəllim kimi işlə təmin olunmasına dəstək göstərib.


Paylaş