×

Xəbərlər

Xəbərlər 13 Sep 2023
Azİİ e-Kitab Evininə “Akademik Jurnallar” Verilənlər Bazasına giriş imkanları verilib

Azİİ Elektron Kitab Evinin oxucularına sentyabr- noyabr ayları üçün “Akademik Jurnallar” Verilənlər Bazasında olan jurnallardan ödənişsiz istifadə imkanı təqdim edilib.  Academindex dünyanın müxtəlif coğrafiyalarında elm, səhiyyə və sosial elmlər sahələrində nəşr olunan keyfiyyətli elmi jurnalları indeksləşdirən beynəlxalq indeksdir. Bu, təxminən 8 min jurnalda və 7 milyondan çox məqalədə mövzular, açar sözlər, müəlliflər, sitatlar və biblioqrafiya üçün axtarış edilə bilən müasir məlumat bazasıdır.

Qeyd edək ki, Academindex elmi jurnalları müntəzəm olaraq nəzərdən keçirir və qiymətləndirir; tədqiqatçılara elmi dünyaya töhfə verən jurnallarda dərc olunan məqalələrə çıxış imkanı yaradır. Academindex  2023-cü ilə qədər 8 minə yaxın keyfiyyətli elmi jurnalı indeksləşdirib. Eyni zamanda, o, qlobal miqyasda rəqəmsal əsaslı məqalələr, tezislər və kitablar kimi akademik və elmi informasiya məhsullarını tətbiq olunan yeni texnologiyalarla emal edir və onları yerli və milli sərhədlərdən kənarda da istifadəyə verir.

“Akademik Jurnallar” Verilənlər Bazasına aşağıda verilmiş linkə keçid edib korporativ  email vasitəsi ilə qeydiyyatdan keçməklə daxil olmaq mümkundür.  

https://www.academindex.com

Maraqlananlar Azİİ eKitab Evinə müraciət edə bilərlər.


Paylaş