Sentyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsi (EF) və İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) bakalavr pilləsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə əvvəlcə tədris prosesi, ixtisaslar, həmçinin universitetin maddi-texniki bazası haqqında qısa video-çarx nümayiş olunub.
Rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun tələbəsi adını qazanmaları münasibətilə gəncləri təbrik edib, onları təhsil dönəmində universitetin həyatında fəal iştirak etməyə dəvət edib. Vazeh Əskərov həmçinin universitetdə yaradılan yüksək tədris mühiti, beynəlxalq əməkdaşlıq əlaqələri, ikli diplom proqramları, laboratoriyalar və mərkəzlərin fəliyyətindən danışıb.
ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tələbələri universitetin daxili nizam-intizam qaydaları ilə tanış edib. Fakültə dekanları –Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev, həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev və Tələbə Gənclər Təşkilatının (TGT) sədri Cavanşir Abdullayev çıxış edərək ADNSU-da tələbələr üçün yaradılan tədris mühiti, ixtisaslar, imtahanlar, tələbələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər və digər bu kimi məsələlər haqqında ətraflı məlumat veriblər.