Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq sentyabr ayının 15-20-i tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində fonda daxil olan yeni kitabların sərgisi olacaq. Sərgidə 2023-cü tədris ilində ADNSU Azİİ e-Kitab Evinə daxil olmuş və müxtəlif elm sahələrini əhatə edən dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, avtoreferat və dissertasiyalar, iqtisadi, statistik göstəricilər, jurnallar və digər materiallar nümayiş olunacaq. Kitablar texniki, bədii, ictimai-siyasi sahələri əhatə etməklə, azərbaycan, rus, ingilis dillərindədir.
Ümumilikdə sərgidə 114 adda kitab, 26 adda avtoreferat və dissertasiya, 19 adda jurnal sərgilənib. Eyni zamanda sərgi zamanı universitetin professor-müəllim və tələbə heyətinə Kitab Evinin giriş imkanları olan beynəlxalq elektron bazalar və onların resursları haqqında geniş məlumatlar verilicək.
ADNSU-nun professor-müəllim və tələbə heyətini 15 sentyabr tarixindən Azİİ e-Kitab Evində təşkil olunmuş “Yeni nəşrlər”adlı kitab sərgisində yeni materiallarla tanış olmağa dəvət edirik.