×

Xəbərlər

Xəbərlər 20 Sep 2023
Təcrübə proqramını uğurla başa vuran ADNSU tələbələrinə sertifikatlar verilib

Sentyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “BİNAGADİ OİL COMPANY” müəssisəsində təcrübə keçən tələbələrin təltif olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov yay təcrübə proqramını uğurla başa vuran tələbələri təbrik edib, universitetdə onların nəzəriyyə ilə yanaşı təcrübi biliklərə də yiyələnmələrinə xüsusi önəm verildiyini və müəssisələrlə bu istiqamətdə əməkdşlığın prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. 

 “BİNAGADİ OİL COMPANY” müəssisəsinin İstehsalat-texniki şöbəsinin rəisi  Ruhin Rəhimov tələbələrin təcrübə müddətindəki fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Sonda ADNSU tələbələrinə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, mütəxəssis hazırlığının keyfiyyətinin daha da artırılması və təcrübi biliklərin əldə edilməsi məqsədi ilə ADNSU-nun  Geoloji-kəşfiyyat, Qaz-neft-mədən, Neft-mexanika və İT və İdarəetmə  fakültələrində  təhsil alan 15 nəfər tələbəsi “BİNAGADİ OİL COMPANY”-nin müxtəlif  yay  təcrübə proqramını uğurla başa vurublar.


Paylaş