×

Xəbərlər

Xəbərlər 21 Sep 2023
UNİSTRA professoru ADNSU-da seminar keçib

Sentyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UFAZ-ın elmi eksperti və Strasburq Universitetinin Kompüter Elmləri ixtisasının professoru Pierre Collet tələbələrə “Süni İntellektin gələcəyi” mövzusunda seminar keçib.

ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi  ixtisasları üzrə təhsil alan  3-cü kurs tələbələrinin iştirak etdiyi seminarda professor P.Collet süni intellektin gələcyindən söz açaraq onun gələcək perspektivlərindən danışıb bir çox imkanlarln genişləndirilməsi baxımından əhəmiyyətindən danışıb. O həmçinin süni intellekti yaratmaq üçün təsəvvür, səbəb və yaddaşın vəhdətinin vacibliyinə toxunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 


Paylaş