×

Xəbərlər

Xəbərlər 25 Sep 2023
ADNSU əməkdaşları ilə SOCAR-ın nümayəndələri arasında işçi görüş keçirilib

Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları ilə  SOCAR-ın nümayəndələri arasında işçi görüş keçirilib.

SOCAR-ın İşə qəbul şöbəsinin rəisi Cavid Umbayev, həmin şöbənin rəis müavini Həmid İsrafilov, kadrlar üzrə mütəxəssis Aygün Qaniyeva və ADNSU rektorunun universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədov, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov, departamentin nəzdində Təcrübə bölməsinin müdiri Səbinə Əliyeva və bölmənin digər əməkdaşlarının iştirak etdiyi görüşdə universitetlə şirkətin əməkdaşlığından, o cümlədən tələbələrin təcrübə proqramından və birlikdə icra olunacaq yeni layihələrdən bəhs olunub. Qonaqlar həmçinin, SOCAR tərəfindən iki yeni təcrübə proqramının başlaması haqqında məlumat veriblər və bu proqramın da ADNSU tələbələri üçün gözəl təcrübə və iş imkanları yaradacağını bildiriblər.


Paylaş