×

Xəbərlər

Xəbərlər 27 Sep 2023
ADNSU-da bir dəqiqəlik sükut...

27 sentyabr- Anım Günü ilə əlaqədar saat 12:00-da Azərbaycanın hər yerində olduğu kimi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. 

Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə qürur hissi ilə anım mərasimləri keçirilir, şəhidlərimiz dərin ehtiramla yad olunur. 


Paylaş