Oktyabrın 3-də 2023-2024-cü tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertantların qəbulu başa çatıb.
60 nəfər namizəd ADNSU-nun müxtəlif ixtisasları üzrə doktoranturaya qəbul olub.
Kompüter elmləri, Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları, Quyuların qazılması texnologiyası, Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, Sənaye istilik energetikası və digər ixtisaslar üzrə qəbul həyata keçirilib.
Boş qalan vakant yerlərlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub, bu yerlərlə bağlı növbəti mərhələdə qəbul aparılacaq.