×

Xəbərlər

Xəbərlər 04 Oct 2023
ADNSU ilə Rusiyanın Don Dövlət Texniki Universiteti arasında Memorandum imzalanıb

Oktyabrın 4-də Rusiyanın Don Dövlət Texniki Universitetinin rektoru, professor Besarion Mesxi və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları universitetdə salamlayaraq buradakı təhsil və tədris prosesi, beynəlxalq əlaqələr, elmi nailiyyətlər və görülən işlər, eləcə də xarici universitetlərlə sıx əməkdaşlıq əlaqələri haqqında qonaqlara məlumat verib.

Rusiyanın Don Dövlət Texniki Universitetinin rektoru, professor Besarion Mesxi səmimi qarşılanmaya görə təşəkkürünü bildirib və təmsil etdiyi universitetdə tədris olunan ixtisaslar və mövcud beynəlxalq layihələr haqqında məlumat verib. Əməkdaşlığın konkret istiqamətlərinin müzakirə olunduğu görüşdə birgə təhsil proqramlarının hazırlanması, elmi layihələr, ikili təhsil layihələri, həmçinin birgə tələbə və müəllimlərin akademik mübadiləsinin qurulması istiqamətində görüləcək işlər və qarşıda duran hədəflərdən danışılıb. Həmçinin ikitərəfli layihələrin icra olunması, strateji tərəfdaşlıqların inkişaf etdirilməsi və tərəfdaşlıq üçün prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatirə hədiyyələri təqdim edildikdən sonra tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə Memorandum imzalayıblar.

Qonaqlar universitetin tarix muzeyində, Azİİ e-kitab evində və laboratoriyalarda, həmçinin Minerologiya muzeyində olublar. 


Paylaş