Oktyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Turan Qazma və Mühəndislik” şirkəti tərəfindən “Müasir biznes mühitində liderlik” mövzusunda təlim keçirilib.
Təlimdə “Turan Qazma və Mühəndislik” baş direktorun müavini Tomislav Klenkar, Təlim və inkişaf qrupunun rəhbəri Yana Rassolko, Təlim və inkişaf qrupunun administratoru Leyla Qocayeva, ADNSU-nun əməkdaşları, həmçinin tələbələr iştirak ediblər. “Turan Qazma və Mühəndislik” şirkətində baş direktorun müavini Tomislav Klenkar seminarda müasir biznes mühitində liderlik anlayışı, liderlik xüsusiyyətlərinin 6 əsas prinsipləri və onların sistemli təsnifatı haqqında təqdimatla çıxış edib. Həmçinin, insan resurslarının idarə edilməsində biznesdə liderlik xüsusiyyətlərinin beynəlxalq təcürbəyə əsasən öyrənilməsindən və tətbiqindən danışılıb.
İnteraktiv formatda keçirilən təlimdə tələbələri maraqlandıran suallar cavablandırılıb.