Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Geoloji-kəşfiyyat (GKF), Qaz-neft mədən (QNMF), Neft-mexanika (NMF), Kimya texnologiya (KTF), Energetika (EF), İnformasiya texnologiyaları və idarəetmə (İTİF), İqtisadiyyat menecment fakültələri (İMF) və BA proqramları üzrə təhsil alan birinci kurs tələbələri ilə görüşlər keçirilib.
Görüşlərdə tələbələr Azİİ e-Kitab evinin elektron sistemi və sistemə giriş məlumatları, zəngin və unikal bazası, çap məhsulları və elektron kitablardan istifadə qaydaları haqqında ətraflı məlumat alıblar. Həmçinin, tələbələrə kitabxananın elektron kataloqu, oxucuların elektron qeydiyyatı, kitabların elektron sifarişi, oxucu zallarında yerlərin sifarişi, eləcə də kitab evinin giriş imkanları və mövcud olan elektron bazaları haqqında geniş məlumat verilib.
Sonda tələbələrin sualları kitab evinin əməkdaşları tərəfindən cavablandırılıb.