×

Xəbərlər

Xəbərlər 13 Oct 2023
ADNSU tələbələrinə “İnsan resurslarının idarə olunmasına ümumi baxış” mövzusunda seminar keçirilib

Oktyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Turan Qazma və Mühəndislik” şirkəti  tərəfindən “İnsan resurslarının idarə olunmasına ümumi baxış” mövzusunda seminar keçirilib. 

Təlimdə “Turan Qazma və Mühəndislik” şirkətinin İnsan resursları üzrə meneceri  Cəmilə Şəfiyeva, Təlim və inkişaf qrupunun rəhbəri Yana Rassolko, Təlim və inkişaf qrupunun administratoru Leyla Qocayeva, ADNSU-nun əməkdaşları,  həmçinin tələbələr iştirak ediblər. “Turan Qazma və Mühəndislik” şirkətinin İnsan resurları üzrə meneceri  Cəmilə Şəfiyeva təqdimatla çıxış edərək insan resurslarının effektiv idarə edilməsi, kadrların motivasiyası, vəzifələrin əməkdaşlar arasında düzgün bölünməsi, qiymətləndirmə meyarları və digər mövzulardan danışıb. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 


Paylaş