×

Xəbərlər

Xəbərlər 16 Oct 2023
ADNSU-da MM-nin təşkili mövzusunda xəbərdarlıq və toplanış məşqi keçirilib

Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fövqəladə hadisələrə hazırlıq və belə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə (MM) qüvvələrinin təşkili” mövzusunda xəbərdarlıq və toplanış məşqi keçirilib.

Məşqin məqsədi АDNSU-nun fakültə, şöbə və kafedraların  MM  qüvvələrinin və  digər struktur bölmələrin dinc zaman üçün MM planının  vəziyyətini araşdırmaq, həmçinin idarəetmə  və  xəbərdarlıq  sisteminin hazırlıq  vəziyyətini yoxlamaqdır.     

ADNSU-nun əsas binasının həyətində keçirilən məşq zamanı Tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev tədbir iştirakçıları qarşısında çıxış edərək MM qüvvələrinin fövqəladə hallarda rolu və vəzifələri haqqında qısa məlumat verib, hazırlıq səviyyəsinin yüksəldilməsi üçün təlim və məşqlərin vacibliyini deyib. MM Qərargah rəisi Elşən Məmmədov ADNSU-nun MM üzrə illik tədbirlər planında nəzərdə tutulmuş “Xəbərdarlıq və toplanış” məşqinin təlimata əsasən keçirilməsi haqqında iştirakçılara məlumat verib. O, hər kəsin bu təlimlərdə aktiv olmasının zəruriliyini bildirib və təlimlər zamanı təhlükəsizlik qaydalarının vacibliyini qeyd edib.

Кeçirilən xəbərdarlıq və toplanış məşqi zamanı nəticə etibarı ilə ADNSU-nun MM qüvvələrinin fövqəladə hallara qismən hazır olduğu nümayiş olunub.


Paylaş