Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin(ADNSU) Azİİ e- Kitab Evində “Qida kimyası” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, prorektorlar, Kimya-texnologiya fakültəsinin dekanı, fakültənin professor-müəllim heyəti, həmçinin müəlliflər - Y.Məmmədəliyev adına Neft Kimya prosesləri institutunun baş direktoru, kimya elmlər doktoru, professor, akademik Vaqif Abbasov, KTF-nin Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, texnka elmlər doktoru, professor Fariz Əmirli, Neft Kimya prosesləri institutunun laboratoriya müdiri, ADNSU-nun Üzvu maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Ağamalıyev, həkim, cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Abbasova, Azərbaycan Respublikası Radiasiya Problemləri institutunun təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Nərmin Quliyeva və tələbələr iştirak ediblər.
Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudovanın moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən dosent Vazeh Əskərov qida mühəndisliyi ixtisası üzrə kadr hazırlığı üçün yazılmış ilk milli dərsliklərdən biri olan “Qida kimyası” kitabını yüksək qiymətləndirərək müəlliflərə təşəkkürünü bildirib.
Sonra kitabın müəllifləri və iştirakçılar fikirlərini bölüşüb, kitab haqqında təəssüratlarını bildiblər.
Qeyd edək ki, “Qida kimyası” kitabı 2023-cü ilin nəşridir. Dərslik universitetlərdə qida mühəndisliyi ixtisası üzrə təhsil alan bakalavr və magistrların “Qida təhlükəsizliyi” fənninin tədrisinin öyrənilməsinə və təcrübi biliklərin qazanılmasına kömək məqsdilə nəşr olunub. Həmçinin, qida məhsulları istehsal edilən müəssisələrdə, elmi tədqiqat laboratoriyalarında çalışan işçilər tərəfindən də istifadə oluna bilər.