×

Xəbərlər

Xəbərlər 17 Oct 2023
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin nümayəndələri ADNSU tələbələri ilə görüşüb

Oktyabrın 17-də “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin nümayəndələrinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri ilə görüşü keçirilib.

Universitetin Akt zalında keçirilən görüşdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçıları universitet rəhbərliyi adından salamlayaraq dövlətin gənclər siyasətindən, o cümlədən savadlı və sağlam gələcəyin formalaşması üçün gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. O, qeyd edib ki, gənclər həmişə cəmiyyətimizin aparıcı qüvvəsi olub və belə sağlam, vətənpərvər gənclərin igidliyi sayəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərabaycanın əzəli torpaqları düşmən tapdağından azad olundu, tarixi Zəfər qazandıq. 

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin ADNSU tələbələri ilə əməkdaşlığının faydalı olacağını deyən Ata Babayev onlara uğurlar arzu edib.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova yaradılan şəraitlə görə universitet rəhbərliyinə təşkilat adından təşəkkür edib.

Sonra o, təşkilatın fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, görüşün məqsədi tələbələrlə ünsiyyətin qurulması, onların könüllülük layihələrinin həyata keçməsində iştirakını dəstəkləmək, eyni zamanda gənclərin asudə vaxtının səmərəli təşkili və digər bu kimi mühüm məsələlər təşkil edir.

İnteraktiv şəkildə keçirilən görüş tələblərin və qonaqların ortaq müzakirələri, sual-cavabı ilə davam edib.


Paylaş