Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Turan Qazma və Mühəndislik” şirkəti tərəfindən “Keyfiyyətə əminlik” mövzusunda təlim keçirilib.
Təlimdə “Turan Qazma və Mühəndislik” şirkətinin QA QS koordinstoru İdrak Cəfərov, Təlim və inkişaf qrupunun rəhbəri Yana Rassolko, Təlim və inkişaf qrupunun administratoru Leyla Qocayeva, ADNSU-nun əməkdaşları, o cümlədən tələbələr iştirak ediblər. “Turan Qazma və Mühəndislik” şirkətinin QA QS koordinstoru İdrak Cəfərov keyfiyyət anlayışları, İSO 9001 keyfiyyət nişanı, keyfiyyət idfarəetmə sistemi , keyfiyyətə əminlik eləcə də keyfiyyətə zəmanət mövzusunda təqdimatla çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.