×

Xəbərlər

Xəbərlər 19 Oct 2023
ADNSU-ya Caspian Energy Club tərəfindən ekskursiya təşkil olunub

Oktyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU)  Caspian Energy Club tərəfindən B2B Education Forum çərçivəsində ekskursiya təşkil olunub.
Ekskursiyada Latviya, Estoniya və Fillandiyanın təhsil qurumlarının, şirkət və universitetlərin nümayəndələri iştirak ediblər. İştirakçılar ADNSU və UFAZ da olub, auditoriayaları gəziblər. 
Sonra Heydər Əliyev lektoriyası ilə tanış olan nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin zəngin irsi haqqında məlumat verilib.
Daha sonra iştirakçılar universitetdə zəngin mineral eksponatların toplandığı Mineralogiya Muzeyini ziyarət edib, muzeydə qorunub saxlanılan müxtəlif növ mineral eksponatlarla tanış olublar. Muzeyin direktoru, “Faydalı qazıntı yataqlarının geologiyasının işlənməsi” kafedrasının dosenti Ağamehdi Ağayev mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ətraflı məlumat verib.


Paylaş