Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində şəhid Ülvi Rəfiyevin adına olan auditoriyada anım tədbiri keçirilib.
ADNSU-da şəhidlər üçün ucaldılmış abidə kompleksinin ziyarəti ilə başlayan tədbirdə məzun şəhidlərimizin ailə üzvləri, o cümlədən Ülvi Rəfiyevin valideynləri, universitetin professor-müəllim heyəti iştirak edib.
Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək tədbir iştirakçılarını universitetin rəhbərliyi, o cümlədən çoxminli kollektivi adından salamlayıb. Dosent Ata Babayev torpaqlarımızn azad olumasında Ordumuzun göstərdiyi şücaətdən danışıb, bildirib ki, ölkəmizdə bütün şəhidlərimizin yaxınlarına və ailə üzvlərinə xüsusi diqqət göstərilir, şəhidlərimizin ruhu hər zaman ehtiramla yad edilir. O, əlavə edib ki, ADNSU-nun 23 məzun şəhid var və onların adına auditoriyalar açılıb, abidə komleksi yaradılıb və onların ruhuna dərin ehtiram, adlarının hər zaman uca tutulması və yaşadılması hər birimizin borcudur.
Tədbirdə şəhid Ülvi Rəfiyev haqqında film nümayiş olunub. Sonra 221 nömrəli tam orta məktəbin şagirdlərinin qəhrəmanlıq mövzusunda səsləndirdikləri şeir dinlənilib.
Anım tədbirində iştirak edən şəhid valideynləri və yaxınları, o cümlədən ictimaiyyət nümayəndələri çıxışlarında şəhidlərə göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.